Menu

Bakıda beşmərtəbəli yaşayış binasında mənzildə partlayış olub

28.08.2025, 07:42
Bakıda beşmərtəbəli yaşayış binasında mənzildə partlayış olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsində beşmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol