Menu

"Ermənistan və Azərbaycan arasında fikir ayrılıqları var" - Paşinyan

28.08.2025, 12:55
"Ermənistan və Azərbaycan arasında fikir ayrılıqları var" - Paşinyan

Azərbaycan və Ermənistan arasında sülhün qurulması barədə bəyanatlar tərəflər arasında fikir ayrılıqlarının olmaması demək deyil.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı bildirib.

"Sülhün bərqərar olduğunu deməyimiz o demək deyil ki, tərəflərin bir-birinə sualları qalmayıb. Heç vaxt münaqişə yaşamadığımız və dostluq əlaqələri qurduğumuz dövlətlərlə münasibətlərimizdə bir-birimizə suallarımız yaranır", - o bildirib.

Baş nazir əlavə edib ki, dövlətlərarası münasibətlərin qurulması və inkişafı prosesi "dinamikdir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol