Pakistanın Karaçi şəhərində təhlükəsizlik qüvvələri Taliban silahlılarına qarşı irimiqyaslı əməliyyatlar keçirib.
Əməliyyatlar zamanı 13 silahlı zərərsizləşdirilib, bir nəfər həbs olunub. Polisin məlumatına görə, silahlılar polis formasında olublar.
Anti-terror əməliyyatları zamanı silahlılara məxus çoxlu sayda silah-sursat da ələ keçirilib.
Bir müddət əvvəl Peşəvər şəhərində hərbi məktəbə edilən hücumdan sonra Pakistanın təhlükəsizlik qüvvələri indiyə qədər Xibər qəbiləsindən olan 200-ə yaxın silahlı öldürüblər.
Polis məktəbə edilən hücumlara görə, məhz bu qəbilə üzvlərindən şübhələnir. /anspress


Şərhlər