Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyində və və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) də yoxlamalara başlayıb.
"Unikal"ın verdiyi məlumata görə, maliyyə yoxlamaları hazırda davam etdirilir.
Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev məlumatı təsdiqləyib və bildirib ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) qanunamüvafiq qaydada nəzarət tədbirləri həyata keçirilir.
O qeyd edib ki, Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan nəzarət tədbirlərinin nəticələri mütəmadi olaraq Nazirliyin rəsmi internet səhifəsində dərc olunur və ictimaiyyətə açıqlanır.
Xatırladaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, TƏBİB-in icraçı direktoru isə Vüqar Qurbanovdur.

Şərhlər
Coxda ferqli netice gozlemeyin ...i TABIB-e hamiya melumdurki xestexanlarda direktor ,muavin yerlerinin qiymeti nedi.
Yoxlamalrin duzgun temiz kecirilmesi yaxsidi. Lakin bezi lahiyyeleri tebibin deyişilmesi vacibdir. Tesuf ediremki burada fikirlerim lahiyelerde ideya ve fikirlerim olsada əlimdə səlahiyyətim yoxdu.
Millət TƏBİB və İcbari Tibbi Sığorta Agentliyinin əlindəm zəncir çeynəyir. Əgər bu qurumun ən azı 50 faiz işçiləri kütləvi şəkildə cinayət məsuliyyətinə cəlb olunmasa bu o demək olacaq ki, ya Maliyyə nazirliyi kordur, ya da tərəflər arasında razılaşma olub. Şübhəsiz ki, xalq bu ümummilli maraq kəsb edən təftişin nəticələrini intizarla gözləyir.
5aydi Təbibe teleqram vururam vətəndaş qəbulun gedirəm hələ məni qəbul edib dinləyən olmadı