Menu

Erməni türkoloq: "Türkiyə prezidentinin səfəri çətin məsələdir"

23.12.2014, 10:22
Erməni türkoloq: "Türkiyə prezidentinin səfəri çətin məsələdir"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "erməni soyqırımı"nın 100-cü ildönümündə Ermənistana getməyəcək.

ANS PRESS-in məlumatına görə, bunu erməni-türk münasibətlərinin perspektivlərini şərh edən erməni türkoloq Artak Şakaryan bildirib.

O deyib ki, Rəcəb Tayyib Ərdoğanın bu il 24 aprel ərəfəsində verdiyi bəyanat "nümunə daş" idi. Belə olan halda Türkiyə prezidenti "erməni soyqırımı"nın 100 illiyində İrəvana gedəcəyi çətin məsələdir: "Əhməd Davudoğlunun səfəri daha çox ehtimal ediləndir. Onu xüsusilə nəzərə almalıyıq ki, o, "ümumi ağrı" haqqında tezisin müəllifidir."

Digər türkoloq Qevorq Petrosyan isə "erməni soyqırımı"nın 99-cu ildönümü ərəfəsində Türkiyə prezidentinin etdiyi müraciətin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Türkiyənin özünü demokratik ölkə göstərmək üçün gələn ildə hansısa rəmzi addımlar atacağı istisna edilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol