Menu

Sumqayıt-Bakı qatarları yenə gecikir - Daha bir qatar isə hərəkəti dayandırıb

12.09.2025, 11:26
Sumqayıt-Bakı qatarları yenə gecikir - Daha bir qatar isə hərəkəti dayandırıb

Sumqayıt–Bakı istiqamətində hərəkət edən sürət elektrik qatarlarının hərəkətində problemlər yaranıb.

"AzPolitika" xəbər verir ki, bu gün səhər reyslərində 30 dəqiqədən artıq yubanmalar qeydə alınıb.

Qeyd olunur ki, buna səbəb əlverişsiz hava şəraiti və enerji təminatında yaranan problem nəticəsində Sumqayıt-Bakı istiqamətində hərəkət edən qatarlardan birinin fəaliyyətini dayandırması olub.

Qatarın hərəkəti mümkün olmadığından sərnişinlər Gorədil platformasına qatardan düşürülüb. Qatar isə əks istiqamətdə geri qayıtmağa məcbur olub.

 Bu barədə "Azərbaycan Dəmir Yolları" tərəfindən ictimaiyyətə hər hansı açıqlama verilməyib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol