Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Fələstin-İsrail münaqişəsinin ikidövlətli həlli istiqamətində konkret, zamana bağlı və geridönməz addımları əks etdirən bəyannaməni səs çoxluğu ilə təsdiqləyib.
"Al-Arabiya" xəbər verir ki, 142 ölkə bəyannamənin lehinə, 10 ölkə əleyhinə səs verib, 12 ölkə isə bitərəf qalıb.
Sənəddə, həmçinin İsrailin Qəzza zolağındakı fəaliyyətləri və HƏMAS-ın 2023-cü il oktyabrın 7-də həyata keçirdiyi hücumlar pislənilir.
Qeyd olunur ki, yeddi səhifəlik bəyannamə Səudiyyə Ərəbistanı və Fransanın təşkilatçılığı ilə ötən ilin iyul ayında BMT-də keçirilən beynəlxalq konfransın nəticəsidir. ("Report")

Şərhlər
BMT Qarabag meselesine gore 4 qetname qebul etmisdi amma 28 ilden sonra Azerbaycan Dovleti ozu bu meseleni hell etdi . Felestin meselsi 1948 ci ilden beri hele de hell olunmamis qalir .Elece de Kesmir meselesi..Demeyim odur ki ,BMT problem hell eden qurumdan cox tocsiyye xarakterli ekspert qurumuna benzeyir daha cox neinki bwynwlxalq teskilat kimi