Menu

Selçuk Bayraktaroğlu Azərbaycana gəlir

14.09.2025, 14:36
Selçuk Bayraktaroğlu Azərbaycana gəlir

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu Azərbaycana səfər edəcək.

Belə ki, Selçuk Bayraktaroğlu Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakıya gəlişi və Bakının bolşevik işğalından azad edilməsinin 107-ci ildönümü münasibətilə Türk və Azərbaycan şəhidliklərində Selçuk Bayraktaroğlunun iştirakı ilə anım mərasimi keçiriləcək.

Daha əvvəl Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bildirib ki, ordu generalı Selçuk Bayraktaroğlunun ölkəmizə nəzərdə tutulan səfəri ordularımız arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol