Menu

Sumqayıtda avtobuslar toqquşub - Xəsarət alanlar var

16.09.2025, 13:59
Sumqayıtda avtobuslar toqquşub - Xəsarət alanlar var

Sumqayıt şəhərində iki avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə Sumqayıt şəhərinin Sülh prospektində qeydə alınıb.

12 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus şirkətlərin birinə məxsus sərnişin avtobusu ilə toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol