Menu

XİN-də Cayşankar ilə geniş tərkibdə görüş keçirildi

23.10.2026, 13:14
XİN-də Cayşankar ilə geniş tərkibdə görüş keçirildi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə geniş tərkibdə görüş keçirib.

"AzPolitika" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında məlumat yayılıb.

Bildirilib ki, görüşdə Azərbaycan-Hindistan münasibətlərinin tam gündəliyi, o cümlədən siyasi dialoq, ticarət, investisiya, enerji, nəqliyyat, turizm, təhsil, elm və mədəni əməkdaşlığı müzakirə edilib.

Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı Limanının, Ələt Sərbəst İqtisadi Zonasının və digər sənaye zonalarının təqdim etdiyi imkanlar da vurğulanıb.

Müzakirələr, həmçinin regional və beynəlxalq hadisələri, BMT, AİTƏŞ və ŞƏT çərçivəsində əməkdaşlığı əhatə edib.

C.Bayramov həmkarını Cənubi Qafqazdakı hadisələr, Azərbaycan-Ermənistan normallaşma prosesi, etimad yaratma tədbirləri barədə məlumatlandırıb. Azərbaycanın azad edilmiş ərazilərində bərpa işləri və davam edən mina təhlükəsi də müzakirə olunub. Nazirlər, həmçinin qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol