Menu

Cəfər Hüseynzadə Kevin Hamilton ilə görüşdü - Nələr müzakirə edildi?

23.10.2026, 13:47
Cəfər Hüseynzadə Kevin Hamilton ilə görüşdü - Nələr müzakirə edildi?

Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, NATO Baş katibinin tərəfdaşlıqlar üzrə köməkçisi, səfir Kevin Hamilton ilə Azərbaycan və NATO arasında tərəfdaşlıq əməkdaşlığının perspektivləri müzakirə ediblər.

"AzPolitika" xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı tərəflər ilk dəfə birgə olaraq Azərbaycanda keçirilmiş "Tərəfdaş ölkələrin qabiliyyət uyarlılığı təşəbbüsünün (PCCI-26)" üçüncü işçi görüşü və NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramına bəyan edilmiş Azərbaycan Ordusunun bölmələrinin iştirakı ilə keçirilən 1-ci Səviyyə Özünüqiymətləndirmə (SEL1) təliminin uğurlu nəticələri müzakirə olunub.

Həmçinin Azərbaycan-NATO tərəfdaşlığında əməkdaşlığın gələcək perspektivləri və "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol