Menu

Gələn il dövlət büdcəsi xərclərinin 0,6 %-i elmə ayrılacaq

23.10.2026, 14:32
Gələn il dövlət büdcəsi xərclərinin 0,6 %-i elmə ayrılacaq

2027-ci ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 257,9 milyon manatı və yaxud 0,6 %-i elmə ayırmaların payına düşəcək.

"AzPolitika" bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.

Sənədə əsasən, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 12,4 % çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 254 milyon manat, büdcə xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol