Dövlət Statistika Komitəsi (DSK) fiziki şəxs Ziya Zeynalov Zakir oğlu ilə satınalma müqaviləsi bağlayıb.
"AzPolitika" xəbər verir ki, müqavilə “Şirvanşah” muzey restoranında əvvəlcədən razılaşdırılmış menyu əsasında iaşə xidmətinin göstərilməsi ilə bağlıdır.
Sənədə əsasən, ziyafət yeməyinin adambaşına qiyməti 120 manat müəyyən edilib. Xidmətin ümumi dəyəri 2160 manatdır. Satınalma birbaşa metodla həyata keçirilib.
“Şirvanşah” muzey restoranı vergi qeydiyyatında “Şirvanşah Muzey Restoran” MMC kimi fəaliyyət göstərir. Reyestr məlumatlarına əsasən, şirkət 2023-cü ildə qeydiyyata alınıb. MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Anar Hacızadə Bayram oğludur.


Şərhlər