Menu

Bakıda 3-cü yerüstü metro stansiyası istifadəyə veriləcək - Tarix açıqlandı

23.10.2026, 14:26
Bakıda 3-cü yerüstü metro stansiyası istifadəyə veriləcək - Tarix açıqlandı

"Bakıda sayca 3-cü yerüstü metro stansiyasının tikintisi davam etdirilir".

"AzPolitika" xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Tikinti lahiyələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev deyib.

O bildirib ki, stansiyada platforma və inzibati sahələrin tikintisi artıq başa çatdırılıb:

"Hazırda üzlənmə işləri aparılır. Bu işlər başa çatdırılandan sonra infrastrukturun qurulmasına başlanacaq. Bütün işlər başa çatdırılandan sonra yerüstü stansiya sərnişinlərin istifadəsinə veriləcək".

M.Rzayev qeyd edib ki, yerüstü stansiya 2028-ci ildə istifadəyə veriləcək.

Xatırladaq ki, hazırda Bakıda "Xocəsən" və "Bakmil" adlı iki yerüstü stansiyaları fəaliyyət göstərir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol