Menu

Minskdə atəşkəs danışıqları gözlənilir

23.12.2014, 12:21
Minskdə atəşkəs danışıqları gözlənilir

Dekabrın 22-də Ukrayna prezidenti Petro Poroşenkonun bildirdiyinə görə, dekabrın 24-26-da Belarusun paytaxtı Minskdə Rusiya, Ukrayna və Avropada Təhlükəsizik və Əməkdaşlıq Təşkilatının (ATƏT) iştirakı ilə atəşkəs danışıqları aparılacaq. Bu barədə "Reuters" xəbər verir.

Danışıqların tarixini Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putin telefonda müzakirə ediblər. Poroşenkonun sözlərinə görə, liderlər sentyabrda Minskdə razılaşdırılmış atəşkəs planının növbəti mərhələsinin icrasının vacibliyini bildiriblər. Məqsəd Şərqi Ukraynada separatçılarla 4700-dən çox insanın ölümünə səbəb olan münaqişəyə son qoymaqdır. "İştirakçılar Minsk sazişinin bütün maddələrinin icrası, atəşkəs məsələsi, ağır silahlı texnikaların geri çəkilməsi, bütün əsirlərin dərhal buraxılmasının vacibliyini bildiriblər", - Poroşenko deyib.

Hər 2 tərəf sentyabr atəşkəsinə məhəl qoymasa da, dekabrda zorakılıq nisbətən azalıb. Əvvəlki planlar təxirə salınsa da, növbəti danışıqlara inam artıb.

Xatırladaq ki, martda Rusiya Qaradəniz yarımadasındakı Krımı anneksasiya edib. Bundan 1 ay sonra Kiyev mərkəzi hökumətinə tabe olmaq istəməyən və Rusiya ilə birləşmək tərəfdarı olan separatçılarla toqquşma başlayıb. Rusyönümlü sabiq prezidentin gedişindən sonra Kiyevin qərbyönümlü hökuməti münaqişədə Rusiyanı günahlandırır. Kreml isə qiyamın arxasında dayandığını inkar edir. /"eunews"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol