Menu

İsrail Dohaya 12-dan çox raket atıb

18.09.2025, 00:05
İsrail Dohaya 12-dan çox raket atıb

İsrail sentyabrın 9-da Qətərin paytaxtı Dohaya ən azı 12 raket atıb.

Bu sözləri binada olan Fələstinin HƏMAS hərəkatının siyasi büro üzvü Qazi Həməd deyib.

"Danışıqçılar qrupu ilə mən yeni atəşkəs təklifini müzakirə etməyə başladıqdan bir saat keçməmiş, biz partlayış səsləri eşitdik. Bombardman çox güclü idi, bir dəqiqə ərzində bizə 12 raket atıldı", - Həməd bildirib.

Radikalların siyasi büro üzvü qeyd edib ki, Doha görüşündə iştirak edənlər guya bunun İsrailin hava hücumu olduğunu dərhal anlayıblar və vurulan binanı tərk edə biliblər.

Həməd həmçinin vurğulayıb ki, Vaşinqtonun İsrailin hərəkətlərini bəyənməsi Amerika tərəfinin etibarını sarsıdır və onun Qəzza üzrə dolayı danışıqlarda vasitəçilik qabiliyyətini şübhə altına alır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol