Menu

Azərbaycan millisi daha iki pillə geriləyib - FIFA reytinqi

18.09.2025, 12:23
Azərbaycan millisi daha iki pillə geriləyib - FIFA reytinqi

Azərbaycan millisi FIFA reytinqində daha iki pillə geriləyib.

"Report" ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, yığma 1148,09 xalla 124-cü sırada qərarlaşıb.

Komanda DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya beş cavabsız qolla uduzub. Bakıda isə Ukrayna ilə heç-heçə edib - 1:1.

Qeyd edək ki, FIFA reytinqinin ilk pilləsində İspaniya (1875,37) yer alıb. Fransa (1870,92) ikinci, Argentina (1870,32) üçüncü olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol