Menu

ABŞ-nin Suriya üzrə diplomatlarının bəziləri işdən azad edilib

18.09.2025, 12:41
ABŞ-nin Suriya üzrə diplomatlarının bəziləri işdən azad edilib

Suriya üzrə ən yüksək səviyyəli ABŞ diplomatlarından bəziləri işdən azad edilib.

APA xəbər verir ki, bu barədə 5 anonim mənbə “Reuters“ə məlumat verib.

Bildirilib ki, ABŞ-ın Türkiyədəki səfiri, Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakın komandasında Suriya üzrə təyin olunan diplomatların bir neçəsi vəzifədən uzaqlaşdırılıb.

Mənbənin məlumatına görə, bu ixtisarlar ABŞ-ın Suriya siyasətində dəyişikliyiyə səbəb olmayacaq.

Əlavə edilib ki, diplomatların işdən azad edilməsi Ağ Evlə səfir Barrakın arasında olan siyasi anlaşılmazlıqlar səbəbindən baş verməyib və qəfil meydana çıxıb.

İxtisarların səbəbi haqqında məlumat verilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol