Menu

Yerfındığı ilə bağlı araşdırmaya 162 min manat ödəniləcək

20.09.2025, 12:12
Yerfındığı ilə bağlı araşdırmaya 162 min manat ödəniləcək

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yerfındığı ilə bağlı daxili bazar araşdırması aparmağa başlayır.

"AzPolitika" bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı elan edilmiş açıq tenderin qalibi "İnnovativ Trainings" MMC olub. Qalib şirkətə 162 min manat ödəniləcək.

Araşdırma mövsümi tələbat və ehtiyat toplama praktikasının olub-olmaması, yerli xammalın emal məhsullarında payı, yerfındığının yetişdirilməsi ilə əlaqədar subsidiya mexanizmlərinin mövcudluğu, yerfındığı və emal olunmuş məhsullar üzrə son 3 ilin idxal və ixrac statistikası, Azərbaycanda yerfındığının yetiştirilməsi üçün münbit regionlar və bu məhsullar üzrə istehsal potensialı, Azərbaycanda yerfındığı istehsalının həcmi kimi məsələləri əhatə edəcək.

Şərhlər

Mühəndis 2025-09-20 16:53:50

Bir saqqal darağı qalmışdı.Xalqın pulunu.özü də minlərlə belə sonunsu dərəcəli işərə sərf etmək hansı ağılın məhsuludur?

Müəllim 2025-09-20 13:53:00

BU araşdırma hansı ehtiyacdan yaranıb və 162 min manat heyif deyil? BU PULU VACİB SAHƏLƏRƏ.UŞAQARIN SAĞLAMLIĞINA.AĞIR XƏSLƏRƏ VƏ SAİR XƏRCLƏMƏK DAHA VACİB OLMAZDIMI?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol