Menu

Qar yağacaq, dolu düşəcək - Sabahın havası

20.09.2025, 13:59
Qar yağacaq, dolu düşəcək - Sabahın havası

Bakıda və Abşeron yarımadasında hava şəratinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə +15 dərəcədən +18 dərəcəyədək, gündüz +18 dərəcədən +20 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə +13 dərəcədən +16 dərəcəyədək, gündüz +16 dərəcədən +20 dərəcəyədək, dağlarda gecə 0 dərəcədən +5 dərəcəyədək, gündüz +5 dərəcədən +8 dərəcəyədək olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol