Ötən illərlə müqayisədə balığın qiyməti xeyli artıb. Əvvəllər 1 kiloqram balıq orta hesabla 7-8 manat idi, hazırda isə 14-15 manata təklif olunur. Satıcılar bildirirlər ki, qiymət balığın növünə, çəkisinə, hansı bölgədən gəldiyinə və yetişdiyi mühitə - çay, dəniz və ya gölə görə dəyişir.
Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi bazarlarda süni qiymət artımının qarşısını almaq üçün yarmarkalar təşkil edir. Alıcılar deyirlər ki, burada qiymətlər nisbətən ucuz olur.
Bazarlarda həm yerli, həm də xarici sort balıqlar satılır. Qiymət aralığı isə 4 manatdan başlayır və mövsümün ən bahalı balığı 15 manata qədər olur.
Satıcılar qeyd edirlər ki, balıq satışının yarmarkası artıq yekunlaşdığı üçün insanlar bazarlardakı məhsulları normal qiymətə almağa məcburdur, bu isə müştərilərin cibinə uyğun olmur.


Şərhlər
Xəzərin ən uzun sahili Azərbaycan ərazisində deyilmi və yeməli bircə bircə növ balıq kulturası Ağ balıq, Xəzər nərəsi var. Xəzərə hərb dəniz armadası deyil, həmin balıqların asudə-sakit yaşamaları və Azərbaycanımıza onun bütün ət, toyuq, yağ və digər balıq növlərindən çox miqdarda təsərrüfatının hər kilosu 10 manata düşənə qədər genişləndirilməsi yüksək ümumxalq-dövlət əhəmiyyəti zərurət kəsb edir!