"Formula 1" üzrə Azərbaycan Qran-prisi daha 5 il ərzində keçiriləcək.
Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Bakı Şəhər Halqası 2016-cı ildə Avropa Qran-prisi adı ilə "Formula 1" təqvimində debüt edib, 2017-ci ildən isə Azərbaycan Qran-prisi adı ilə təqvimin daimi mərhələsi olub. Ötən il keçirilən yarış 70-dən çox ölkədən azarkeşi qarşılayıb və 66 milyondan çox qlobal televiziya tamaşaçısını cəlb edib.
İndiyədək təşkil olunan səkkiz yarışda yeddi fərqli qalibi olan Azərbaycan Qran-prisi "Formula 1" təqviminin ən mübarizəli yarışlarından birinə çevrilib. Meksikalı Serxio Peres Bakıda iki dəfə qalib gələn yeganə pilotdur. Hazırkı pilotlardan üçü – Lüis Hemilton, Maks Ferstappen və Oskar Piastri Bakıda qələbə qazana biliblər.
Rəsmi imzalanma mərasimində gənclər və idman naziri Fərid Qayıbov, "Formula 1"in prezidenti Stefano Domenikalı və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev iştirak ediblər.
Qeyd edək ki, cari Azərbaycan Qran-prisinə sentyabrın 21-də yekun vurulacaq.


Şərhlər
ŞƏRHƏR NİYƏ GÖRÜNMÜR?
Xeyirli, uğurlu olsun. Bu yarışın hər şeydən (təhsildən belə) öncə bizim bu illər ərzində formalaşmağımıza və tanınmağımıza çox nüsbət təsiri oldu. İnşallah daha da formaşacağıq.
Nə sevindik. Şəhərimiz üstüacıq həbsxana olması, havamız zəhərli, evimiz avtoşların motor və təkər səsi ilə dolması hələ 5 ildə davam edəcək. Sevinçimizin həddi hüdudu yoxdur. Birdə ki, bunu hər 5 ildən bir uzatmaq yox, əbədi müqavilə bağlamaq lazımdır. Ğələçək nəsillər də bu analoqsuz keyfi yaşaya bilsinlər.
FORMULA-1-İN AZƏRBAYCANA.XALQA 1 MANAT XEYRİ VAR? AMMA MİLYONLARLA ZİYANI.. İNSANLARA NARAHATÇILIĞI VAR. HANSI AĞILLA BUNU BAKIYA DƏVƏT ETDİNZ???NİYƏ PREZİDENT BUNUN QARŞISNI ALACAQ GÖSTƏRİŞ VERMİR HA! ƏGƏR ÇOX İSTƏYİRSİNİZSƏ GEDİN ŞƏHƏRDƏN KƏNARDA POLİQON QURUN NƏ QƏDƏR İSTƏYRSİNİZ VIZILDAYN..XALQA ZÜLM VERMƏYİN.
Xalqin ixtiyari var ki, yox desin.....