Menu

"Ermənistanda uşaqların əksəriyyəti Ağrı dağının Türkiyədə olduğunu bilmir" - Paşinyan

20.09.2025, 23:50
"Ermənistanda uşaqların əksəriyyəti Ağrı dağının Türkiyədə olduğunu bilmir" - Paşinyan

Ermənistanda uşaqların əksəriyyəti Ağrı dağının Türkiyədə olduğunu bilmir.

"Report"un məlumatına görə, bu barədə Ermənistanın Baş nazir Nikol Paşinyan bildirib.

"Tonqala yaxınlaşıb uşaqlardan Ermənistanda ən hündür dağın hansı olduğunu soruşdum. Uşaqların 70%-i Ağrı dağı cavabını verdi. Amma Ağrı dağının Ermənistan Respublikasında yerləşmədiyini belə bilmirlər. Sonra öyrənirlər və təəccüblənirlər - Ağrı dağı Ermənistan Respublikasında deyilmi? Onlar bizim haqqımızda nə düşünürlər?", - Baş nazir uşaqlarla söhbətin nə vaxt və hansı şəraitdə baş verdiyini dəqiqləşdirmədən hiddətlə danışıb.

Qeyd edək ki, Ermənistanın viza möhüründən Ağrı dağının təsvirinin çıxarılması barədə qərar hökumətin sentyabrın 11-də keçirilən iclasında qəbul edilib.

Şərhlər

B.Kolxozdar 2025-09-21 15:50:03

Uşaqlara bilgi sualını qoyaq kənara. Ən şüurlu Ermənistan Vətəndaşı *Janna D Arkın vətəninin Eyfel simvolunu Ermənistanın Gerb və Bayrağında göstərək!?* sualına, ya Hindistanda hazırda erməni də yaşayır və *Himalay dağını gerbimizdə əks etdirək!* təklifinə hansı cavab ehtimalı var?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol