Menu

NATO ölkələri Türkiyənin hava müşahidə sistemindən istifadə etmək istəyir - DPA

21.09.2025, 00:28
NATO ölkələri Türkiyənin hava müşahidə sistemindən istifadə etmək istəyir - DPA

Polşa və Rumıniya son pilotsuz uçuş aparatları (PUA) ilə bağlı insidentlərindən sonra Türkiyənin Merops (Multispektral Genişləndirilmiş Mənzilli Optik Görmə) hava müşahidə sistemindən istifadə etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "DPA" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, son PUA insidentləri fonunda, NATO tərəfdaşları Türkiyənin havadan müşahidə sisteminin qısamüddətli yerləşdirilməsinə ümid edirlər.

Belə ki, Ukraynanın dəstəyi ilə bu sistemin idarə olunması ilə bağlı təlimlərin təşkili planlaşdırılır. Bu istiqamətdə ilk addımların gələn həftənin əvvəlində atılacağı gözlənilir. Sistem helikopterlərə quraşdırıla bilər, buludlar və toz olsa belə düşmən sistemlərini aşkar etməyə qadirdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol