Menu

Tramp BMT-də 20 ölkənin lideri ilə görüşməyi planlaşdırır

21.09.2025, 09:58
Tramp BMT-də 20 ölkənin lideri ilə görüşməyi planlaşdırır

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində 20 xarici ölkə lideri ilə görüşməyi planlaşdırdığını açıqlayıb.

"Report"un məlumatına görə, bu barədə Amerika lideri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Mən çoxlu liderlərlə görüşəcəyəm, yəqin ki, 20 nəfər. Hamı görüşmək istəyir, bəziləri ilə görüşəcəyik",-deyə o əlavə edib.

Sentyabrın 23-dən 27-dək baş tutacaq BMT Baş Assambleyasının 80-ci sessiyasında ümumi siyasət müzakirələri keçiriləcək. Bu müddət ərzində ümumilikdə 195 nümayəndə heyətinin çıxış edəcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol