Menu

Azərbaycandakı yarışda "Formula 2"nin pilotlarına cəza verilib

21.09.2025, 10:16
Azərbaycandakı yarışda "Formula 2"nin pilotlarına cəza verilib

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışından sonra iki pilota cəza verilib.

"Report" xəbər verir ki, bu barədə "Formula 2"nin rəsmi saytı məlumat yayıb.

"Trident" komandasından Laurens van Hoepen 2-ci döngədə baş verən qəzada günahkar sayılıb. O, bugünkü əsas yarışda 10 saniyəlik vaxt cəzası alıb və mübarizəyə 17-ci pillədə qoşulacaq.

Digər sürücü Kuş Maini ("Dams Lukas Oil") isə Amauri Kordellə ("Rodin Motorsport") toqquşmaya görə günahkar bilinib. Beş saniyəlik cəza ilə üzləşən Maini üç pillə geriləyərək əsas yarışa 19-cu sırada başlayacaq.

Qeyd edək ki, "Formula 2"də əsas yarışa bu gün, saat 11:00-da start veriləcək.

Şərhlər

SABİR 2025-09-21 15:25:47

BU YAZININ VƏ IZAHIN AZƏRBAYCAN VƏ AZƏRBAYCAN XALQI ÜÇÜN NƏ MƏNASI,NƏ MƏZMUNU VƏ BUNA HANSI EHTIYACI VAR ? mİLLƏTİ SXINTIDA SAXAYIB BELƏ ŞEYLƏRƏ MİLLƏTİN SƏRVƏTİNİ.PULUNU SƏRF ETMƏK.,, NARAHATLIQ YARATMAQ ,ƏZİYYƏT VERMƏK DOĞRU DEYİL

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol