Menu

Ruanda Prezidenti Bakıdakı "Formula 1" yarışını izləyəcək

21.09.2025, 14:40
Ruanda Prezidenti Bakıdakı "Formula 1" yarışını izləyəcək

Ruanda Prezidenti Pol Kaqame Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarışı izləməyə gəlib.

"Report"un məlumatına görə, o, gənclər və idman naziri Fərid Qayıbovla "Paddock" ərazisindədir.

Qeyd edək ki, "Formula 1"də əsas yarış saat 15:00-da start götürəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol