Menu

İsrail ordusu Qəzzada irəliləməkdə çətinlik çəkir - İtkilər verir

21.09.2025, 20:55
İsrail ordusu Qəzzada irəliləməkdə çətinlik çəkir - İtkilər verir

İsrail ordusunun 36-cı diviziyası iki həftəlik intensiv hazırlıqdan sonra Qəzzada işğalı genişləndirməyə çalışır.

Ancaq "Qəssam Tuqayları" birliyinin döyüşçülərinin müqaviməti onların irəliləməsinə imkan vermir.

Türkiyə mediasının məlumatına görə, "Qəssam Tuqayları" hər yerdə işğala qarşı böyük dirəniş göstərir və İsrail ordusunu ciddi itkilərə məruz qoyur.

Bu səbəbdən İsrail ordusunda panika və fərariliyin artdığı bildirilir. 

Quruda irəliləyə bilməyən İsrail ordusu dinc insanları bombalamaq və əraziyə ərzaq buraxmamaqla Qəzzanı işğal etməyə çalışır. Ancaq artıq iki ildir ki, məqsədinə nail ola bilmir.

"AzPolitika.info" 

Şərhlər

Vahid 2025-09-22 02:05:33

Cocuq ve qadın demeden öldüren bu qatil sürüsünden bize heç bir fayda olmaz.Bu sionist tayfadan uzaq durmaq lazımdır.Bunlardan kimseye xeyir yoxdur.Buna delil sionistlərin tarixine baxsınlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol