Menu

Füzulidə yol qəzası olub, xəsarət alanlar var

21.09.2025, 23:49
Füzulidə yol qəzası olub, xəsarət alanlar var

Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndi ərazisində KİA və "Mercedes" markalı avtomobillər toqquşub.

"Report"un Qarabağ Bürosunun məlumatına görə, qəza zamanı rayonun Bala Bəhmənli kənd sakini Niyazova Kübra Oruc qızı və Böyük Bəhmənli kənd sakini Mirzəyev Cavid Koroğlu oğlu, habelə Beyləqan rayonunun Birinci Şahsevən kənd sakinləri; Əmirzadə Fərid Fəxri oğlu və İbrahimov Füzuli Sədrəddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol