Menu

"Strateji əhəmiyyətli məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır" - Baş prokuror

22.09.2025, 10:56
"Strateji əhəmiyyətli məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır" - Baş prokuror

Yeni geosiyası reallıqlar fonunda strateji əhəmiyyətli məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır.

Bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun təşkilatçılığı ilə Bakıda "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" mövzusunda dəyirmi masa formatında keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin etməklə yanaşı, bütövlükdə regionun nəqliyyat xəritəsini dəyişəcək, iqtisadi və siyasi inteqrasiyaya böyük töhfə verəcək:

"Prezident İlham Əliyevin vurğuladığı kimi, Zəngəzur dəhlizi təkcə Azərbaycanın milli maraqlarını təmin etmir, eyni zamanda beynəlxalq əməkdaşlıq, ticari əlaqələr və qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol