Menu

Rusiya ordusu Zaporojyeni bombaladı – Ölənlər və yaralananlar var

22.09.2025, 11:59
Rusiya ordusu Zaporojyeni bombaladı – Ölənlər və yaralananlar var

Sentyabrın 22-də səhər saatlarında Rusiya ordusunun hava zərbələri nəticəsində Zaporojyedə 3 nəfər həlak olub, 2 nəfər yaralanıb. Bu barədə vilayət administrasiyasının rəhbəri İvan Fyodorov məlumat verib.

Onun sözlərinə görə, hücum aviabombalarla həyata keçirilib. Nəticədə 15 çoxmənzilli bina, 10 fərdi ev və bir sıra qeyri-yaşayış obyektləri zədələnib, bir ev tamamilə dağılıb. Zərbə yerlərində yanğınlar baş verib.

Dnepropetrovsk vilayətinin rəhbəri Sergey Lısak bildirib ki, gecə ərzində Nikopol və Sinelnikov rayonları da Rusiya dronlarının hücumuna məruz qalıb. Bir neçə ev, təsərrüfat tikilisi, qaraj və avtomobil zədələnib, lakin xəsarət alan olmayıb.

Kiyev vilayətində dron hücumları nəticəsində çoxmənzilli bina və bir neçə fərdi evdə yanğınlar olub, bir nəfər qəlpə yarası alıb. Sumı vilayətində isə zərbələr sənaye obyektlərinə və təhsil müəssisəsinin binasına ziyan vurub, burada da yaralananlar qeydə alınıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin Komandanlığının məlumatına görə, həmin gecə Rusiya Ukrayna ərazisinə 141 pilotsuz uçuş aparatı buraxıb, onlardan 132-si hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. Buna baxmayaraq, 7 vilayətdə 9 dron hədəfə dəyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol