Menu

Azərbaycanda yeni dördillik sosial-iqtisadi inkişaf strategiyası hazırlanır

22.09.2025, 12:32
Azərbaycanda yeni dördillik sosial-iqtisadi inkişaf strategiyası hazırlanır

2022–2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyasını həyata keçiririk və artıq 2027–2030-cu illəri əhatə edəcək yeni dördillik strategiyanın hazırlanmasına başlamışıq.


“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Samir Şərifov deyib.

O bildirib ki, strategiyanın ən mühüm istiqamətlərindən biri ölkənin davamlı iqtisadi artımını təmin etməkdir:

“Heç bir artım investisiyasız mümkün deyil. İnvestisiyalar dövlət büdcəsindən maliyyələşdirilən dövlət investisiyaları ola bilər, lakin onlar mütləq özəl investisiyalarla da tamamlanmalıdır. Bizim hazırkı məqsədimiz daha çox özəl investisiya cəlb etməkdir.

O qeyd edib ki, məqsəd Azərbaycanın son 30 ildə həyata keçirdiyi dövlət investisiyalarını indi daha çox özəl investisiyalarla tamamlamaqdır.

Şərhlər

Bəhrami 2025-09-22 15:35:18

Niyə DÖRD illik? Strateji sözünü haraylamaq üçünmü? Bu gün hamımılıqla siyasi-tarixi, elmi-texniki və sırf iqtisadi məramla gələn ilə İqtisadi tənəzzüldən tərəqqiyə keçid proqramı tərtib olunmalıdır? Biz illərlə iki-üç dəfə çox və xam satılan neftə görə bağlamış digər sahələri əvəzləməmiş, 33 ilə gündəlik ərzaq və digər tələbatların müstəqil təchizatına nail olmamışıq? Gəlin 2026 İqtisadi dönüş ili olmalıdır!

Fakt 2025-09-22 13:46:48

Kağız üzərində qalan strategiyalar.Xalqın vəziyyəti grgin.dolanışıqhər güb çətinləşdirir.xəstəliər ,ölüm sayıı artıb.Hakimiyyətin millət.xalq yadına düşmür.əyat çətinləşir.Hər şey özəlləşir.bahaçılıq baş alıb gedir.Sanki hakimiyyət yoxdu.nənurlar rüşvətlə.büdcə talamaqla məşğuldur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol