Menu

Əmtəə bazarlarında qızılın qiyməti tarixi maksimumu yeniləyib

23.09.2025, 09:30
Əmtəə bazarlarında qızılın qiyməti tarixi maksimumu yeniləyib

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti tarixi maksimumu yeniləyib.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,15% artaraq 3 780,7 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti isə 0,23% azalaraq 44,23 ABŞ dolları olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol