Menu

Kopenhagen və Oslo hava limanları bağlandı - Avropada da dron həyəcanı yaşanıb

23.09.2025, 12:56
Kopenhagen və Oslo hava limanları bağlandı - Avropada da dron həyəcanı yaşanıb

Danimarkanın paytaxtı Kopenhagenin hava limanı şənbə axşamı axşam saatlarında naməlum dronlara görə fəaliyyətini müvəqqəti dayandırıb. Polis əməkdaşlarının məlumatına görə, aerodrom üzərində iki və ya üç dron müşahidə olunub. “Flightradar24” saytının məlumatına əsasən, 30-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib.

"AzPolitika" xəbər verir ki,  Bir sıra reyslər ləğv olunub, digərlərinin uçuşu isə təxirə salınıb. Təxminən dörd saatdan sonra dronlar hava limanı yaxınlığındakı hava məkanını tərk edib və aeroportun işi bərpa olunub.

Polis hələlik dronların kimə məxsus olduğu və kim tərəfindən idarə edildiyi barədə dəqiq məlumat verməyib. Lakin açıqlamada onların təcrübəli operator tərəfindən idarə olunduğu bildirilib. Ölkənin digər hava limanları isə həmin vaxt normal rejimdə fəaliyyət göstərib.

Bundan əvvəl, sentyabrın 22-də gecə saatlarında Norveçin paytaxtı Oslonun hava limanı da təxminən üç saatlıq bağlanmışdı. İki dron səbəbindən bir neçə reys ləğv olunub və ya başqa istiqamətlərə yönləndirilib. Daha sonra dronlar uzaqlaşıb və hava limanının işi bərpa olunub.

Norveç mediasının yazdığına görə, həmin gün polis paytaxtda yerləşən Akerşxus qalası yaxınlığında hərbi obyekt üzərində dron uçurduqları iddia edilən Sinqapur vətəndaşlarını saxlamışdı. Hazırda Danimarka və Norveçdəki insidentlərin bir-biri ilə əlaqəli olduğuna dair sübut yoxdur.

Son iki həftə ərzində NATO ölkələri Rusiyanı iki dəfə öz hava məkanını pozmaqda ittiham ediblər.

Sentyabrın 10-na keçən gecə Polşa rəsmiləri təxminən 20 dronun ölkənin hava məkanına daxil olduğunu açıqlamışdı.

Sentyabrın 19-da isə Estoniya hakimiyyəti Rusiyaya məxsus qırıcıların hava məkanını pozduğunu bildirmişdi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol