“Putinin sevgilisi” kimi tanınan rusiyalı gimnast Alina Kabayevanın rəhbərlik etdiyi “Nebesnaya Qratsiya” Bədii Gimnastika Akademiyası sentyabrın 28-də Gəncədə açılış mərasimi keçiriləcək MDB Oyunlarında iştirak edəcək.
"AzPolitika" xəbər verir ki, yarışda akademiyanın rəhbəri kimi Alina Kabayevanın özünün də iştirakı gözlənilir.
Bədii gimnastika üzrə yarış oktyabrın 6-dan 8-dək Şəki Olimpiya İdman Kompleksində keçiriləcək. Yarışda Azərbaycan və Rusiya idmançıları ilə yanaşı, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkiyə və Kuba təmsilçilərinin iştirakı gözlənilir.
“AzPolitika.info”


Şərhlər