Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri Ağdamdakı mina hadisəsi ilə bağlı məlumat yayıb.
Üç qurumun yaydığı birgə məlumatda bildirilir ki, bu gün Ağdam rayonunun Mirəşelli kəndi ərazisində 1971-ci il təvəllüdlü Baharlı kənd sakini Əhmədov Səyyaf Fiqan oğlu minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!


Şərhlər
ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN XANI. HEÇ ƏLİM GƏLMİR SƏNİN HAQQINDA KEÇMİŞ ZAMAN OLARAQ YAZIM. RUHUN ŞAD OLSUN QARDAŞ. BİR TƏSƏLLİ QƏBUL EDİRƏM Kİ, SƏN RAQUFUN, ALLAHVERDİNİN VƏ NEÇƏ NEÇƏ QƏHRƏMAN DÖYÜŞ YOLDAŞLARININ YANINDA CƏNNƏTDƏSƏN. ÖZÜDƏ 100 FAİZ. CƏNNƏTİN MÜBARƏK XANI. ÜRƏYİM PARÇALANDI BU XƏBƏRDƏN QARDAŞ. MƏNİM KİMİSİ ÖLÜB GEDƏCƏK, ANCAQ SƏN BU DÜNYAYA ƏFSANƏVİ XANI YAZIB GETDİN.