Menu

AQTA-da bir sıra kadr dəyişikliyi olub

24.09.2025, 15:27
AQTA-da bir sıra kadr dəyişikliyi olub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) bir sıra kadr dəyişikliyi olub.

Sədr Qoşqar Təhməzlinin müvafiq əmri ilə qurumun İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev Agentliyin Şərqi Zəngəzur regional bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri vəzifəsinə isə şöbə müdirinin müavini İlkin Kərimov təyinat alıb.

Həmin şöbənin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə Hüsniyyə Həsənova təyin olunub.

H.Həsənova uzun illər televiziya sahəsində fəaliyyət göstərib. 2021-2025 illərdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"nda baş direktorun katibliyində çalışıb.

Şərhlər

Vətəndaş 2025-09-24 21:44:54

Bu qurumun fəaliyyətini görən.duyan varmı7sadəcə bu qurum yalnzrüşvət yımaqüçün yarandığınıözü dəfəərləəməlləriilətəsdiqləyib.misal: palmayağının.marqarinin kərəyağına qatılıb baha satılmasını onlar bilmir? Azərsun məhsullarının mənşəi ilə maraqlanblar? Belə VVmisallar kifayət qədərdir.AQTA-ya nəzarət edən var?

Sərdar 2025-09-24 16:24:58

Nə kadr dəyişikliyi? AQTA tamamilə supurulub atılmalıdır. Bunlar ancaq qiymətləri artırmağa yaradı. Çünki əlavə bunlara da nəsə verilməlidir axı. Bu bir bezdarnı orqan oldu.. ən biyabırçı qurumdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol