Sentyabrın 24-ü günorta saatlarında Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələri Rusiyanın Krasnodar diyarındakı Novorossiyskə zərbə endirib.
“AzPolitika” xəbər verir ki, Ukrayna mediasına görə, PUA-ların ehtimal edilən hədəfi Rusiya Qara Dəniz Donanmasının hərbi dəniz bazası olub.
Krasnodarın qubernatoru Veniamin Kondratyev bildirib ki, pilotsuz təyyarənin hücumu nəticəsində yaşayış binalarına ziyan dəyib. İlkin məlumatlara görə, 2 nəfər ölüb, daha 3 nəfər yaralanıb.
Onun sözlərinə görə, PUA-lar Novorossiysk mehmanxanasının yaxınlığında şəhərin mərkəzinə zərbələr endirib və otel binasına da ziyan dəyib.
Hücumun nəticələrilə bağlı daha ətraflı məlumatlar olacağı gözlənilir.
— Ahmadov (@BigAhmadov) September 24, 2025
“AzPolitika.info”


Şərhlər