Menu

Vaşinqtonda Transatlantik şam yeməyi - Azərbaycan və Ermənistan da dəvət olundu

25.09.2025, 09:05
Vaşinqtonda Transatlantik şam yeməyi - Azərbaycan və Ermənistan da dəvət olundu

ABŞ Dövlət katibi Marko Rubio 2025-ci il Transatlantik şam yeməyinə ev sahibliyi edib. Tədbirdə NATO-ya üzv ölkələrin xarici işlər nazirləri, Alyansın baş katibi Mark Rutte, Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas, eləcə də Ermənistan, Azərbaycan, İsveçrə və Ukraynanın xarici işlər nazirləri iştirak ediblər.

ABŞ Dövlət Departamentinin məlumatına görə, Rubio çıxışında transatlantik tərəfdaşlığın sülhün qorunması və rifahın təmin olunması baxımından əhəmiyyətini vurğulayıb. O, NATO ölkələrinin müdafiə xərclərini artırmaqla kollektiv təhlükəsizliyi möhkəmləndirmək istiqamətində tarixi öhdəliklərini xatırladıb.

Rubio həmçinin diplomatik səylərin davam etdirilməsinin vacibliyinə diqqət çəkib və bunun Rusiya–Ukrayna müharibəsinin başa çatdırılması üçün mühüm rol oynadığını bildirib.

Dövlət katibi əlavə edib ki, ABŞ Prezidenti Ermənistan və Azərbaycanı uzunmüddətli sülh yoluna istiqamətləndirməkdə mühüm nailiyyətlər əldə edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol