Menu

Rusiya hərbçilərindən görünməmiş qəddarlıq - Əsir götürülən uşaqdan “canlı sipər” kimi istifadə edilir

25.09.2025, 10:05
Rusiya hərbçilərindən görünməmiş qəddarlıq - Əsir götürülən uşaqdan “canlı sipər” kimi istifadə edilir

Donetskin Kramatorsk rayonunun Şandriqolovo kəndində Rusiya hərbçiləri valideynlərini güllələdikləri bir qızı əsir götürüblər. Ukrayna tərəfinin məlumatına görə, azyaşlı uşaq hazırda rus qoşunları tərəfindən hücum əməliyyatlarında “canlı sipər” kimi istifadə olunur.

“AzPolitika” xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin 3-cü ordu korpusunun sözçüsü Aleksandr Borodin açıqlayıb. Onun sözlərinə görə, hadisə bir neçə gün əvvəl baş verib və dron vasitəsilə qeydə alınıb. Borodin bildirib ki, qız hələ də rus hərbçilərinin nəzarətində, işğal olunmuş binalardan birində saxlanılır: “Onu hücum dəstəsi yanında saxlayırlar ki, bizim qüvvə və vasitələrdən istifadəmizi xeyli məhdudlaşdırsınlar. Bu, faktiki olaraq uşağın canlı sipər kimi istifadəsidir”.

O əlavə edib ki, həmin dəstənin peşəkar hərbçilər deyil, çox güman, səfərbər olunmuş şəxslər və ya keçmiş məhbuslardan ibarət olduğu ehtimal olunur. Ukrayna tərəfinin yayımladığı radioəlaqə yazılarında rus hərbçilərindən birinin “qarşısına çıxanı öldürməyə hazır olmaq” barədə danışdığı eşidilir.

Ukrayna Ombudsmanı Dmitri Lubinets də hadisəyə reaksiya verib. O, Rusiya hərbçilərinin dinc sakinləri qətlə yetirməsi və uşağı girov götürməsi faktını pisləyib və məsələ ilə bağlı BMT-yə və Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib.

“AzPolitika.info”

Şərhlər

Eli 2025-09-25 10:30:21

Beşer tarixinde rus şovinistləri qeder qeddar,qaniçen ,gerızekalı ve qorxaq 2- ci bir millet yoxdur ve olmsyacaq .Onun qeddarlığı da qorxaqlıqdandır .Çünki onların kökü,eslı ,adet enenesi dini imanı yoxdurve bu milleti tarix boyu qeyri rus milletler idare ecub,çünki aylq olmur bu millet:Yeltsini yada salın.Jukov 1941- ci ilde 1 million esgeri qurban verdi:et msşınlndan jeçurdi ,niye?Qirxaqlıqdan baş işletmek evezine milleti qırğıns verdu.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol