Menu

Ukrayna Rusiyanın daha iki təyyarəsini yandırdı - VİDEO

25.09.2025, 11:35
Ukrayna Rusiyanın daha iki təyyarəsini yandırdı - VİDEO

İşğal olunmuş Krımda Ukrayna Müdafiə Qüvvələri Rusiyaya məxsus iki An-26 təyyarəsini yandırıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (QUR) məlumat yayıb.

Kəşfiyyat mənbələrinin məlumatına görə, yarımadaya PUA reydi zamanı ruslara məxsus iki An-26 hərbi nəqliyyat təyyarəsi yandırılıb. Eləcə də yerüstü radar və MR-10M1 Mys M1 sahil radarı məhv edilib.

QUR yanan An-26 təyyarələrini əks etdirən video yayıb.

VİDEO

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol