Menu

Tramp Ukraynanın hücumuna "yaşıl işıq" yandırıb

25.09.2025, 14:20
Tramp Ukraynanın hücumuna "yaşıl işıq" yandırıb

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynadakı enerji infrastrukturlarına hücum edəcəyi təqdirdə, Rusiyaya cavab zərbələrinin endirilməsinə razılıq verib.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Axios”a müsahibəsində deyib.

Onun sözlərinə görə, cavab zərbələri Rusiyanın enerji təsisatlarına və silah istehsalı zavodlarına qarşı həyata keçiriləcək.

Zelenski ABŞ-dan əlavə uzaq mənzilli raketlərin alınacağı təqdirdə, onların istifadə ediləcəyini əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol