Menu

"HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar" - Mahmud Abbas

25.09.2025, 18:25
"HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar" - Mahmud Abbas

HAMAS-ın Fələstini idarə etmək üçün gələcəyi yoxdur və o, silahı yerə qoymalıdır.

APA xəbər verir ki, bu barədə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas BMT Baş Assambleyasının 80-ci sessiyasında videobağlantı ilə çıxışında deyib.

Mahmud Abbas Fələstin xalqının çəkdiyi əzablara baxmayaraq, 7 oktyabrda HAMAS-ın törətdiyi əməlləri qınadıqlarını diqqətə çatdırıb.

“Mülki insanlara qarşı yönəlmiş hərəkətlər, girov götürmələr, bütün bunlar Fələstinə aid deyil”, - o vurğulayıb.

BMT-ni fəaliyyətsizlikdə qınayan Mahmud Abbas qeyd edib ki, indiyədək 1000-ə yaxın qətnamə qəbul olunub və onların heç biri icra edilməyib.

Qəzza zolağının Fələstin Dövlətinin ayrılmaz hissəsi olduğunu vurğulayan Mahmud Abbas həmin ərazidə idarəçilik və təhlükəsizlik üçün məsuliyyəti tam öz üzərlərinə götürməyə hazır olduqlarını bəyan edib.

“HAMAS və digər fraksiyalar silahlarını bizə təhvil verməlidirlər. Biz silahlı dövlət istəmirik”, - o əlavə edib.

Şərhlər

Bəhrami 2025-09-25 20:47:08

HƏMASın ilkin və son məramları nəymiş? Əksər dünya 160 dövlət Fələstini 1967ci ilə qədər mövcud olduğu ərazisi üzrə tanıyıb, qəbul etdisə, deməli həmin dövlətlər qətiyyətlə onu mühafizə və müdafiə edəcəklər? Tam ehtimal ki, ABŞ başda olmaqla güc dövlətləri, NATO yaxın Oktyabr toplantısında ilin sonuna qədər Fələstin ərazisindən bütün kənar hərbi, ya qüvətlərin çıxarılmasına nail olacaqlar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol