Menu

Sankt-Peterburqdan Gəncəyə gələn Azərbaycan vətəndaşından metadon götürülüb

26.09.2025, 10:06
Sankt-Peterburqdan Gəncəyə gələn Azərbaycan vətəndaşından metadon götürülüb

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər çərçivəsində xüsusilə külli miqdarda narkotik vasitə - metadon aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

 Gəncə Beynəlxalq Hava Limanı gömrük postunda Sankt- Peterburq - Gəncə aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus çantadan gömrük nəzarətindən gizlədilən, ümumi təmiz çəkisi 355 qram xüsusilə külli miqdarda narkotik vasitə - metadon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol