Menu

Tramp Vaşinqtonda ölüm hökmünün tətbiqi ilə bağlı fərman imzalayıb

26.09.2025, 10:10
Tramp Vaşinqtonda ölüm hökmünün tətbiqi ilə bağlı fərman imzalayıb

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda törədilmiş ağır cinayətlər üçün ölüm hökmünün tətbiqi ilə bağlı fərman imzalayıb.

APA xəbər verir ki, bu haqda Oval Ofisdən aparılan canlı yayımında məlumat verilib.

Bu tədbir ABŞ ştatı olmayan Kolumbiya dairəsində həyata keçiriləcək. Paytaxt rəsmi olaraq ABŞ Konqresi tərəfindən idarə olunur.

Qeyd edək ki, ABŞ-ın merika qeyri-kommersiya təşkilatı “Death Penalty Information Center”in məlumatına görə, 1973-cü ildən bəri ABŞ-da edama məhkum edilmiş 200 nəfər bəraət qazanıb, onlardan 108-i qaradərili olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol