Menu

Smolenskdə yanacaq daşıyan qatar partladılıb? - Güclü yanğın başlayıb (VİDEO)

26.09.2025, 11:26
Smolenskdə yanacaq daşıyan qatar partladılıb? - Güclü yanğın başlayıb (VİDEO)

Rusiyanın Smolensk vilayətində yanacaq daşıyan qatar relslərdən çıxıb.

“AzPolitika” teleqram kanallarına istinadla xəbər verir ki, qatarın 18 vaqonu yanacaqla dolu olub və qəza nəticəsində yanğın başlayıb.

Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım briqadaları cəlb olunub. Qəzaya nə səbəb olduğu hələlik açıqlanmayıb, lakin Ukrayna kəşfiyyatının diversiyası da mümkün variantlar arasında göstərilir. 

Yanğınla mübarizə və ətrafdakı ərazinin təhlükəsizliyi üçün tədbirlər görülür.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol