Menu

Avropa özü “Patriot” istehsal edəcək – ABŞ-dən silah asılılığını azaldır

26.09.2025, 13:29
Avropa özü “Patriot” istehsal edəcək – ABŞ-dən silah asılılığını azaldır

Avropanın raket istehsalçısı şirkəti olan MBDA ABŞ-dən silah asılılığını azaltmaq üçün Almaniyada “Patriot” raketlərinin istehsalına başlamağa hazır olduğunu açıqlayıb.

“AzPolitika” xəbər verir ki, MBDA-nın Almaniya bölməsinin direktoru Tomas Qotçildin “Reuters” agentliyinə verdiyi məlumata görə, şirkət Almaniyadakı yeni zavodda “Patriot” hava hücumundan müdafiə raketlərinin istehsalını təşkil etməyə və onun istehsal gücünü artırmağa hazırdır.

2024-cü ildə Almaniya, Hollandiya və İspaniya Raytheon-MBDA birgə müəssisəsindən 1000-ə qədər raketin alınması üçün 5,1 milyard avro dəyərində müqavilə imzalayıblar. Raketlər Almaniyanın cənubunda - Bavariyadakı yeni zavodda istehsal olunacaq.

MBDA-nın idarəedici direktoru deyib: "Biz ilk tədarükün 2027-ci ilin əvvəlində təmin edilməsi məqsədilə 2026-cı ilin sonunda istehsala başlamağı planlaşdırırıq".

O, həmçinin qeyd edib ki, MBDA 2000 km-dən çox mənzilli raketin hazırlanmasında iştirak edəcək. Bu layihə Böyük Britaniya və Almaniya tərəfindən may ayında elan edilmişdi, lakin layihənin başlama tarixi hələ məlum deyil.

MBDA həmçinin alçaqdan uçan və yavaş hərəkət edən dronları vurmaq üçün daha yığcam raketlərin istehsalını həyata keçirəcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol