Menu

Zelenski Trampdan "Tomahawk" raketləri istəyib

26.09.2025, 16:54
Zelenski Trampdan "Tomahawk" raketləri istəyib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampdan uzaqmənzilli “Tomahawk” raketlərini istəyib.

APA xəbər verir ki, bu barədə “The Telegraf” öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələr deyib ki, bu tələb BMT çərçivəsində keçirilən və iki lider arasında çox müsbət qiymətləndirilən görüşdə səslənib.

Məlumatda deyilir ki, Ukrayna Prezidenti amerikalı həmkarına bildirib ki, bu yüksək texnologiyalı raket sistemi Vladimir Putini sülh sazişi üzrə danışıqlara məcbur etməyə kömək edə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol