Menu

"Qəzzadakı müharibənin bitməsinə çox yaxınıq" - Tramp

26.09.2025, 19:45
"Qəzzadakı müharibənin bitməsinə çox yaxınıq" - Tramp

ABŞ Prezidenti Donald Tramp tərəflərin Qəzza zolağında döyüş əməliyyatlarının dayandırılması ilə bağlı razılaşma əldə etməyə "çox yaxın" olduğunu bəyan edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ lideri Nyu-Yorkda "Ryder Cup" qolf turnirinə yola düşməzdən əvvəl jurnalistlərə bildirib.

"Düşünürəm ki, Qəzza ilə bağlı razılaşmaya çox yaxınıq", - o deyib və əlavə edib ki, bu razılaşma HƏMAS-ın saxladığı israilli girovların qaytarılmasına kömək edəcək.

"Bu, müharibəyə son qoyacaq bir razılaşma olacaq. Bu, sülh olacaq", - D.Tramp vurğulayıb.

Şərhlər

Tahir 2025-09-27 04:53:19

Bunun da boş boş qırıllatmağı, gopa basmağa var.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol