Səudiyyə Ərəbistanının Neft Naziri Əli əl-Naimi, neft qiymətlərində bazarın bir daha əsla 100 dolları görməyəcəyini bildirib.
Səudiyyə Ərəbistanı, hasilatı azaltmamaqda qərarlıdır. OPEC-in lideri və Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Naimi, neftin qiyməti 20 dollara düşsə belə kartelin istehsalını azaltmayacağını söyləyib.
“Middle East Economıc Survey” adlı həftəlik qəzetə müsahibə verən neft naziri Əli əl-Naimi, qiymət hara qədər düşsə düşsün, istehsalı azaltmanın OPEC istehsalçılarının faydasına olmayacağını qeyd edib. Naimi, “Qiymət nə olursa olsun, istər 20, istər 40, istər 50 və ya 60, istehsalı qısmaq OPEC istehsalçılarının faydasına olmayacaq” ifadəsini istifadə edib.
Naiminin, neft qiymətlərinin əsla 100 dolları yenidən görə bilməyəcəyini deməsi diqqəti çəkir. Naimi, “Əgər Səudiyyə Ərəbistanı istehsalını azlatsa idi, o zaman qiymətlər yüksələr və ruslar, venesuellalılar və amerikalılar bizim payımızı alardı” şəklində danışıb. /"Marja"

Şərhlər